ABŞ Prezidenti Donald Trump, ölkənin Xəzinə nazirliyinin keçmiş rəsmisi Randal Quarles-ı Fed-də banklara nəzarət üzrə sədr müavini göndərməyi planlaşdırır.
"Marja" xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən edilən açıqlamada bildirirlir.
59 yaşlı Quarles, Xəzinə Nazirliyinin keçmiş rəhbərlərindəndir. Trumpın namizədinin "Wall Street" banklarına qarşı tənzimləmələri (tələbləri) yumuşaltmaq üçün mühüm rol oynayacağı gözlənilir.
Quarles-ın namizədliyinin ABŞ Senatı tərəfindən təsdiq olunması lazımdır.
Trumpın namizədi təsdiq olunarsa FOMC-da pul siyasəti məsələsində səsvermə hüququna malik olacaq.
Quarles, Fed Sədri Janet Yellenla zidd olan fikirləri tanınır.
Fed Sədri Janet Yellenin sədrlik vəzifəsi 2018-ci ilin Fevral ayında sona çatırsa, Fed-in sədr Müavini Stanley Fischer-ın vəzifəsi İyun 2018-də başa çatacaq.


Şərhlər