Menu

«Putin Abeyə etibar edir…»

11.07.2017, 14:05

abe«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın sabiq Baş naziri Yosiro Mori Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra bəyan edib ki, Putin Yaponiyanın hazırkı Baş naziri Sindzo Abe ilə birlikdə diqqətini sülh müqaviləsi probleminin həllinə yönəldib. Bu barədə «Kyodo» xəbər verib.

«O, Abeni ciddi, səmimi adam sayır və ona etibar edir. Və birlikdə sülh müqaviləsi problemini həll etmək istəyini möhkəmlədir» - deyə, Mori bildirib.

Bundan əvvəl, Rusiya Prezidenti Yekaterinburqda Yaponiyanın sabiq Baş naziri ilə birlikdə şam yeməyi təşkil edib. Prezident həm də 80 yaşının tamam olması münasibətilə Yosiro Moriyə hədiyyə gətirib.

Mori 2000-ci ilin aprelindən Yaponiya hökmətinə başçılıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol