Menu

Bakıda daha bir marşrut xətti dəyişdirildi

11.07.2017, 14:43
Bakıda daha bir marşrut xətti dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi paytaxtda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, iyulun 11-dən etibarən hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol