Menu

«Ruslar NATO-nun şərq cinahını «əlləyib yoxlamağa» hazırlaşırlar» - Skandinaviya ekspertləri

11.07.2017, 16:14

Rusiya_cecen«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Skandinaviya ekspertləri hesab edirlər ki, ruslar NATO-nun şərq cinahını «əlləyib yoxlamağa» hazırlaşırlar (Rusiyanın Baltik və Oxot dənizində Çinlə birgə keçirəcəyi hərbi təlimlər nəzərdə tutulur - red.).

Buna misal olaraq, İsveç ekspertləri «Qavqaz-2008» komanda-qərargah təlimlərini önə çəkirlər. İsveçli jurnalist Tomas Lundinin yazdığına görə, təlimlərdən sonra «Cənubi Osetiya və Abxaziya Rusiyaya təbe etdirildi».

İsveçli jurnalistlərin fikrincə, hərbi təlimlər - peşəkar hərbçilərin və müasir texnikanın maksimum cəlb olunması şərtilə, daha əhatəli «hibrid» ordu əməliyyatları aparmaq üçün münasib bəhanədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol