Filippinin Maravi şəhərində İŞİD-ə bağlı Maute qruplaşması ilə yaşanan silahlı qarşıdurmalarda 2 mindən çox mülki şəxs həlak olub.Axar.az xəbər verir ki, bu barədə “Deyli Tribun” məlumat yayıb.
Məsələ ilə bağlı açıqlama verən ölkənin müdafiə naziri Delfin Lorenzano isə məlumatların yoxlanılmamış olduğunu bildirib:
“Əməliyyatlar hələ davam edir. Rəsmilər Maravi şəhərindən gələn məlumatları dəqiqləşdirdikdən sonra cəmiyyətə çatdırırlar".
Ölkə başçısı Rodrige Duterte Maravidə mühasirənin 10-15 gün ərzində sona çatacağını bildirib.
Qeyd edək ki, sözügedən şəhərdə anti-terror əməliyyatları mayın 23-də başladılıb.


Şərhlər