Menu

Dənizin içində, balinanın üstündə qaldı - FOTO

12.07.2017, 00:40
Dənizin içində, balinanın üstündə qaldı - FOTO

Avstraliyada gənc bir adam suda sürüklənən ölü bir balinanın üzərinə çıxmış vəziyyətdə görüntülənib.

İşin ən maraqlı tərəfi isə balinanın ətrafında köpək balıqlarının üzməsi olub. Harrison Villiams adlı gənc qayığı ilə dənizdə tura çıxdığı zaman acı çəkdiyini düşündüyü balinaya yardım etmək üçün suya hoppanıb. Amma balinanın yanına gəldikdən sonra ölü olduğunu anlayan Villiams onun üstünə çıxanda qəribə mənzərə ilə qarşılaşıb. Məlum olub ki, yaralı balinanın ətrafındakı köpək balıqları onu didmək üçün növbəyə dayanıblar. Gənc bu mənzərədən qorxuya düşdüyü üçün qışqırmağa başlayıb. Onu başqa bir gəmidəki heyət azad edib.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol