Nigeriyada 50 nəfərədək azarkeşin birlikdə Braziliya-Meksika matçını izləmək üçün toplandığı yerə bombalı hücum edilib.
Terakt nəticəsində aralarında uşaqların da olduğu ən azı 21 adam həyatını itirib. 27 nəfər isə yaralanıb. Terror aktına görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Bununla belə Nigeriya rəsmiləri hücumda "Boko Haram" təşkilatının əlinin olduğunu istisna etməyiblər.
Terror aktından sonra Nigeriya hökuməti xalqı toplu şəkildə matç izləməməsi ilə bağlı xəbərdar edib.
Qeyd edək ki, Nigeriyanın da mübarizə apardığı dünya çempionatında ölkənin bir çox yerində insanlar xalqa açıq sahələrə televiziyalarını qurur və matçları birlikdə izləyirlər (ANS)
Yaralılar içərisindəki bir gəncin geydiyi "Qalatasaray" forması isə diqqət çəkib.


Şərhlər