Menu

ABŞ RƏM sistemi KXDR-in raketinin analoqunu uğurla «tutub» - Pentaqon

12.07.2017, 15:21
ABŞ RƏM sistemi KXDR-in raketinin analoqunu uğurla «tutub» - Pentaqon

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) raket əleyhinə müdafiə (RƏM) sistemi Koreya Xalq Demokratik Respublikasının (KXDR) ötən həftə sınaqdan keçirdiyi ballistik raketin analoqunu uğurla «tutub».

Orta mənzilli ballistik raketi Sakit okean üzərində vurublar.

Ehtimal olunur ki, «tutucu» raketi Alyaskadakı «THAAD» kompleksindən buraxıblar. Elə həmin kosplekslər mart ayında Cənubi Koreyada yerləşdirilib.

Ötən həftə Şimali Koreya hakimiyyəti ilk qitələrarası ballistik raketi uğurla sınaqdan keçirliyini elan edib. Ancaq Rusiya Müdafiə Nazirliyindən xəbər veriblər ki, bu, orta mənzilli raket olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol