Bu həftə Rusiya Mərkəzi Bankının qərarı ilə nominasiya dəyəri 1 rubl olan 100 milyon ədəd sikkə dövriyyəyə buraxıldı.
Yeni sikkədə 1 rəqəmi əvəzinə rus rublunun yeni simvolu həkk olunub.
Rusiya Mərkəzi Bankı sikkə kollekasiyaçılarını da unutmayıb.
Kolleksiyaçılar üçün yaxşı bir sürpriz hazırlayan bank nominal dəyəri 3 rubl olan 31.1 qram məhdud sayda gümüş sikkə buraxıb.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı yeni simvolu olan əsginaslar da buraxacaq./Anspress



Şərhlər