Menu

Goranboyda ruhi xəstə intihar edib

13.07.2017, 20:42
Goranboyda ruhi xəstə intihar edib

Goranboyda intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Rus Borisi kəndində qeydə alınıb. Orada məskunlaşan məcburi köçkün, Kəlbəcər rayon sakini, 1968-ci il təvəllüdlü Məhərrəmov İlqar Şahməmməd oğlu yaşadığı evin qonaq otağında tavandan özünü asaraq intihar edib. Məlumata görə, subay olan İ. Məhərrəmov ruhi xəstə olub.

Faktla bağlı Xocalı rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol