Menu

Çin dünyanın ən nəhəng neft idxalçısına çevrildi - ABŞ-ı geridə qoydu

14.07.2017, 13:55
Çin dünyanın ən nəhəng neft idxalçısına çevrildi - ABŞ-ı geridə qoydu

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) 2017-ci ilin birinci yarısının göstəricilərinə görə, Amerika Birləşmin Ştatlarını (ABŞ) ötüb keçərək, dünyanın ən nəhəng neft idxalçısına çevrilib.

Cari ilin yanvar-iyun aylarında Çində bu yanacaq növünün idxalı 13,8 faiz faiz artaraq, 212 milyon barrelə çatıb. Ölkənin baş gömrük idarəsinin məlumatına istinadla, xəbəri «Finmarket» nəşri yayıb.

ÇXR birinci yarım ildə hər gün txminən 8,59 milyon barrel neft aldığı halda, ABŞ gündə 8,14 milyon barrel neft idxal edib.

Çinin neft idxalını artırması strateji yanacaq ehtiyatı yaratmaq cəhdləri və müstəqi neft emalı şirkətlərinin tələbatının artması fonunda baş verir.

Bundan başqa, ÇXR iyun ayında dəmir filizi idxalını da may ayındakı 91,5 milyon tondan 94,4 milyon tona qədər artırıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol