«AzPolitika.info»-nün xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp özünü bu ölkənin tərixində ən effektiv prezident elan edib.
Onun fikrincə, sələflərindən heç biri prezident postunda 5 ay ərzində onun nail olduqlarından artığını edə bilməyib. Bu barədə ABŞ Prezidenti «Röyter» agentliyinə verdiyi müsahibədə bəyan edib.
«Bu müddət ərzində biz, praktiki olaraq, ABŞ tarixində prezidentlərin hər birindən artığına nail olmüşüq. Əgər siz, İraq və Suriyaya baxsanız, proqres görəcəksiniz. Biz buna İŞİD-lə mübarizə aparmaqla nail olmuşuq - bu, praktiki olaraq tam uğurdur» - deyə, Tramp öyünüb.
Milyarder-prezident qeyd edib ki, Ağ evdə «fantastik əhval-ruhiyyə» hökm sürür, prezident administrasiyası isə «demokratların uydurmalarına baxmayaraq» əla işləyir.


Şərhlər