Menu

Tramp Rusiyaya qarşı sanksiyaları götürmək niyyətində deyil

14.07.2017, 16:29
Tramp Rusiyaya qarşı sanksiyaları götürmək niyyətində deyil

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması məsələsinə baxmır. Ağ evin başçısı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Hamburqdakı görüşü zamanı da bu mövzuya toxunulmayıb.

Trampın sözlərini sitat gətirən «Bloomğerq»-in məlumatına görə, o, əvəzində heç nə əldə olunmadığı halda, qadağaların ləğv olunmasına ehtiyac görmür.

«Nə vaxta qədər ki, Suriyada və Ukraynada Vaşinqtonu və digər ölkələri razı salacaq nəyə isə nail olunmayıb, sanksiyaların aradan qaldırılmasına lüzum yoxdur» - deyə, Prezident əlavə edib.

Bu həftə İrana və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi baxılmaq üçün ABŞ Konqresinin nümayəndələr palatasına göndərilib.

Ehtimal olunan məhdudlaşdırıcı tədbirlər neft-qaz sahəsinə, dəmil yolu və dəniz nəqliyyatı şirkətlərinə də toxuna bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol