Menu

İŞİD-in gizli informasiyalarla dolu yaddaş kartları ələ keçdi

19.06.2014, 13:12
İŞİD-in gizli informasiyalarla dolu yaddaş kartları ələ keçdi

İraq təhlükəsizlik qüvvələri tərəfindən bir neçə gün əvvəl ələ keçirilən "İraq və Şamda İslam Dövləti" (DAİŞ) təşkilatının lideri Əbu-Hacərin üzərindən və evindən mühüm məlumatların olduğu 160 ədəd yaddaş kartı aşkar edilib.

SalamNews–un "əl-Ərəbiyyə" telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə İraq Kəşfiyyat İdarəsindən məlumat verilib.

Kartlarda DAİŞ silahlıları və mühacir döyüşçüləri, eləcə də onlarla əməkdaşlıq edən hərbçi və zabitlərin siyahısı olub.

Ölkənin kəşfiyyat mənbələri, kartlarda, həmçinin DAİŞ-in bank hesabları və maliyyə mənbələri barədə mühüm məlumatların olduğunu bildirib.

Mənbələrdən biri bu məlumatlardan birini yayıb: “Onlar Suriyadakı ən-Nəbək bölgəsini ələ keçirdikdən bir müddət sonra onu yenidən hökumətə satıblar və bunun əvəzində 36 milyon dollar alıblar.”

Bildirək ki, DAİŞ-ə məxsus məlumatların aşkara çıxmasından sonra İraqın baş naziri və ölkə Silahlı Qüvvələrinin ali komandanı Nuri əl-Maliki hökumət ordusu və polis qüvvələrinin 59 zabitini hərbi trubunala verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol