Menu

Rəsmi İraq İŞİD liderinin öldürüldüyünü təkzib etdi

17.07.2017, 00:14
Rəsmi İraq İŞİD liderinin öldürüldüyünü təkzib etdi

İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və anti-terror əməliyyatları xidmətinin rəhbəri Əbu Əli Bəsri bəyan edib ki, "İslam Dövləti" terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi əvvəlki kimi sağdır və Suriya ərazisində gizlənir.Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Əbu Əli Bəsri Rusiya rəsmilərinin "əl-Bağdadi Rusiya qırıcılarının İŞİD-in "paytaxtı" Rakka şəhərinə endirdiyi zərbələr nəticəsində ölüb" açıqlamasını təkzib edib. Onun sözlərinə görə, İraq kəşfiyyatı "İslam Dövlətinin" bütün liderlərinin hərəkətlərini izləyir.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, bu gün ərəb KİV-ləri əl-Bağdadinin öldürülməsindən sonra təşkilata Cəlaləddin əl-Tunisi adlı şəxsin rəhbər seçildiyi barədə məlumat yayıblar.

Bildirilib ki, əl-Tunisi indiyədək İŞİD-in Liviyadakı qoluna rəhbərlik edib.

Vurğulanıb ki, onun əsl adı Məhəmməd Bin Salem əl-Ayundir. 1982-cü il təvəllüdlü əl-Tunisi 90-cı illərdə Fransaya mühacirətə gedib.

Fransa vətəndaşlığı alan terrorçu 2011-ci ildə Tunisdə yaşanan “ərəb baharı” vaxtı bu ölkəyə köçüb, daha sonra Suriyaya gedərək İŞİD sıralarına qoşulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol