Menu

Hakerlərin Qənimət Zahiddən ilginc tələbləri

19.06.2014, 13:20
Hakerlərin Qənimət Zahiddən ilginc tələbləri

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Facebook səhifəsi hakerlərin əlinə keçib

Q.Zahidin həyat yoldaşı Ayəndə Mursəliyevanın İnterpress.az-a verdiyi məlumata görə, son anda imkan tapib səhifənin qapadılmasına nail olsalar da, hələlik səhifəni qaytarmaq mümkün olmayıb: "Dostlar çalışırlar, ancaq hələlik səhifəni qaytara bilməmişik. Hətta səhifəni ələ keçirən şəxs mənim profilim vasitəsilə Qənimət bəylə danışıqlara başlamışdı və müəyyən tələblər səsləndirirdilər".

Tələblərə gəlincə, Q.Zahiddən səhifənin geri qaytarılması müqabilində gah 500 avro, gah da "Azadlıq" saytının parolunu tələb ediblər: "Guya ki, orada hansısa xəbəri yerləşdirmək istəyirlər. Ancaq biz bilirik ki, bu vaxt qazanmaq və izi itirmək üçün idi. Profilin ələ keçirilməsinin hansısa bir hakerin fərdi təşəbbüsü olduğunu göstərməyə çalışırdılar. Ancaq biz bilirik ki, bu, fərdi təşəbbüs yox, təşkil olunmuş işdir. Bu cür olaylara son verilməsə, çox pis presedent yarada bilər. Hər kəs hər kəsin profilini ələ keçirmək planları qurmaqla məşğul olar və bu, son nəticədə Azərbaycanda informasiya təhlükəsizliyinə zərbə vura bilər. Sosial şəbəkələrdən təkcə müxalifət yox, iqtidar da istifadə edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol