Menu

İhsanoğlunu dəstəkləyən partiyaların sayı artır

19.06.2014, 13:31
İhsanoğlunu dəstəkləyən partiyaların sayı artır

Türkiyədə daha iki siyasi partiya prezident seçkilərində İƏT-in sabiq rəhbəri Ekmeleddin İhsanoğlunun namizədliyini dəstəkləyəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Haber7" telekanalı xəbər yayıb. Telekanal xəbər verir ki, müxalif Böyük Birlik Partiyası (BBP) və Demokrat Partiyası (DP) İslam Əməkdaşlığı Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlunun namizədliyini dəstəkləyəcək.

İyunun 16-da Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) prezident seçkilərində iştirak üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlunun namizədliyini irəli sürüb. Partiyanın lideri Kamal Kılıcdaroğlu bəyan edib ki, İhsanoğlu elə bir insandır ki, onun namizədliyi cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənəcək. Ekmeleddin İhsanoğlu 1943-cü ildə anadan olub. 2004-cü ilin yanvarından 2013-cü ilədək İƏT-in baş katibi olub. Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçirləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol