Türkiyə “İraq və Şam İslam Dövləti” (DAİŞ) terror təşkilatı silahlılarının Mosulun Tələfrir rayonunu ələ keçirmələrindən sonra Sincara qaçan türkmənlər üçün içərisində 80 ton humanitar yardım olan dörd yük maşını göndərib.
“Anadolu” agentliyinin yaydığı xəbərə görə, Türkiyə hökuməti yanında Fövqəladə vəziyyətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması idarəsi tərəfindən göndərilən və əsasən un, şəkər, düyü, makaron, pendir, konserv və halvadan ibarət olan qida məhsulları türkmən qaçqınlara paylanıb.


Şərhlər