Menu

SOCAR-ın Türkiyədəki törəməsinin rəhbərliyində yeni təyinat olub

18.07.2017, 11:01
SOCAR-ın Türkiyədəki törəməsinin rəhbərliyində yeni təyinat olub

"SOCAR Turkey Energy A.Ş."-nin rəhbərliyində dəyişiklik baş verib."APA-Economics" xəbər verir ki, Murat LeCompte SOCAR-ın Türkiyədəki törəməsinin xarici əlaqələr üzrə direktoru vəzifəsinə gətirilib.

"Bu aydan etibarən Murat LeCompte "SOCAR Turkey Energy A.Ş." və onun törəmələrinin institusional, mətbuat, təşkilati əlaqələrinə cavabdeh olacaq. Bununla yanaşı, o, sosial məsuliyyəti layihələrinin həyata keçirilməsinə də rəhbərlik edəcək", -deyə şirkətin açıqlamasında qeyd edilib.

Qeyd edək ki, bunadək (2006-2017) Murat LeCompte BP-nin Türkiyədəki nümayəndəliyində analoji vəzifəni tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol