Menu

Argentinada rekord şaxtalar! - 50 santimetr qalınlığında qar yağıb

18.07.2017, 15:53
Argentinada rekord şaxtalar! - 50 santimetr qalınlığında qar yağıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Argentinanın San-Krlos-de-Bariloçe şəhərində rekord şaxtalar qeydə alınıb. Termometrin sütunu sıfırdan 25,4 dərəcə aşağı enib, amma sakinlərin sözlərinə görə, sanki ətrafda 29 dərəcə şaxta var. Xəbəri milli meteoroloji xidmət yayıb.

Meteoroloqlar bunun səbəbini «Əsrin tufanı»nında görürlər. Tufan nəticəsində Argentinanın ən məşhur turizm mərkəzələrindən biri sayılan bu şəhər «qar papağı» altında, 20 mindən artıq sakin isə işıqsız qalıb.

Bariloçedə bundan əvvəlki «şaxta rekordu» 1963-cü ildə qeydə alınıb. O zaman havanın temperaturu sıfırdan 21,1 dərəcə (Selsi) aşağı düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol