Menu

SOCAR-ın Gürcüstanda satdığı qaz bahalaşıb

18.07.2017, 16:52
SOCAR-ın Gürcüstanda satdığı qaz bahalaşıb

“SOCAR Georgia Gas” şirkətinin Gürcüstanda satdığı təbii qazın qiyməti artıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, ölkənin Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, “SOCAR Georgia Gas” şirkətinin abunəçiləri 1 kubmetr qaz üçün 55 tetri əvəzinə 57 tetri ödəməli olacaqlar.

Qeyd edək ki, “SOCAR Georgia Gas” şirkəti cari ilin iyununda təbii qazın tarifinin artırılması ilə bağlı Gürcüstan hökumətinə müraciət etmişdi. SOCAR Gürcüstanın 80%-dən çoxunu təbii qazla təmin edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol