Menu

Nazirliyin ləğv olunacağı və rəhbərliyin istefası barədə məlumatlar əsassızdır - FHN

18.07.2017, 17:34
Nazirliyin ləğv olunacağı və rəhbərliyin istefası barədə məlumatlar əsassızdır - FHN

"İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb".

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

"Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır", - deyə mətbuat xidmətindən bildirilib.

FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol