Menu

Tramp Maduronu sanksiyalarla hədələdi! - Konstitusiyanı dəyişsə…

18.07.2017, 18:26
Tramp Maduronu sanksiyalarla hədələdi! - Konstitusiyanı dəyişsə…

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ölkə Konstitusiyasını dəyişməyə cəhd göstərəcəyi təqdirdə, Venesuelanın Prezidenti Nikolas Maduronu sanksiyalarla hədələyib.

Tramp bəyan edib ki, Venesuela xalqı demokratiyaya, azadlığa və hüququn aliliyinə tərəfdar çıxdığını ortaya qoyub.

Maduro iyulun sonunda ölkədə Təsis iclası keçirməyk niyyətindədir. İclas Konstitusiyanın taleyini birbaşa səsvermə yolu ilə həll etməlidir.

Bu ərəfədə, Venesuelada necə deyərlər, «xalq referendumu» keçirilib. Referendumda 7 milyondan artın insan iştirak edib. Onların 98,0 faizi Konstitusiyanın dəyişdirilməsinə «yox» deyib.

Bundan başqa, «Röyter» agentliyinin məlumatına görə, müxalifət ümumxalq tətili keçirməyə çağırış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol