Menu

Türkiyə Rusiyadan kredit alacaq

18.07.2017, 19:59
Türkiyə Rusiyadan kredit alacaq

"Çox guman ki, Türkiyə S-400 raket sisteminin alınması üçün lazım olan vəsaitin bir qismini Rusiyadan borc alacaq."

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə MAKS-2017 aviasalonunda verdiyi müsahibədə "Rostex"in Baş direktoru Sergey Çemezov deyib.

O bildirib ki, texniki məsələlərin müzakirəsi yekunlaşıb: "Lakin sirf inzibati məsələlərin müzakirəsi tələb olunur. Məsələnin maliyyə tərəfinə gəlincə, Türkiyə hökuməti bizim Maliyyə Nazirliyi ilə danışıqlar aparır. Məbləğin bir hissəsini onlar özləri tapacaq, qalan hissəsini isə borc kimi alacaqlar."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol