Müəllimlər nəticələri ilə iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla tanış ola biləcəklər
Müəllimlərin çoxsaylı müraciətlərini və xahişlərini nəzərə alaraq sınaq qiymətləndirilməsinin nəticələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yaradılacaq bölmədə yerləşdirilməsi qərarı alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən İnterAz-a verilən məlumata görə, sınaq qiymətləndirilməsində iştirak edən müəllimlər nəticələri ilə iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla tanış ola biləcəklər.
Sınaq qiymətləndirilməsində iştirak edən bir qism müəllimlərin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında etdiyi səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən dərəcədə ləngidib.
Qeyd edək ki, hazırda nəticələrin emal prosesi yekunlaşmışdır və sayta yerləşdirilməsinin texniki tərəfləri həll olunur.


Şərhlər