AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyası (RF) Vyetnama kreditlə dəniz texnikası və tanklar vermək qərarına gəlib.
Bu barədə «Rosoboroneksport»un başçısı Aleksandr Mixeyev xəbər verib. Vyetnam üçün nəzərdə tutulmuş texnika «Uralvaqonzavod»da istehsal olunub.
Xatırlatmaq yerinə düşər ki, Rusiya bundan əvvəl Vyetnamın 11 milyardlıq borcunun böyük hissəsini silmişdi.

Şərhlər