Ukraynanın Luqansk şəhərində davam edən antiterror əməliyatları nəticəsində çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu gün səhərdən etibarən Luqansk şəhərinin Metallist qəsəbəsində 100- dən çox separatçı məhv edilib.
Hazırda mühasirədə olan separatçıların Rusiya ilə telefon danışığını ələ keçirən Ukrayna xüsusi xidmət orqanları müəyyən edib ki, terrorçulardan 26 nəfər sağdır.
Rusiya tərəfi onlara təlimatlar verərək, təslim olmamağa çağırır və bildirir ki, yaxın vaxtlarda onlara kömək gələcək.
Qeyd edək ki, Luqansk şəhərinin böyük bir hissəsinə nəzarət edən separatçılar hazırda öz mövqelərini itrməkdədirlər.


Şərhlər