Menu

"Qarabağ"ın növbəti rəqibi məlum olub

19.07.2017, 23:35
"Qarabağ"ın növbəti rəqibi məlum olub

"Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Moldova "Şerif"idir.

"Şerif" II təsnifat mərhələsində Albaniyanın "Kukesi" komandasını mübarizədən kənarlaşdırıb. İki komanda arasındakı cavab görüşündə "Kukesi" 2:1 hesabı ilə qalib gəlib. Lakin ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Şerif" Albaniyada səfər qolu sayəsində mərhələ adlayıb.

"Qarabağ"la "Şerif" arasındakı ilk oyun iyulun 25-26-da Bakıda, cavab görüşü isə 1-2 avqustda Tiraspolda təşkil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol