Menu

Bakıda güllələnmə hadisəsi baş verib

20.07.2017, 01:10
Bakıda güllələnmə hadisəsi baş verib

Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açıblar. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb. Həmin şəxs 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb. Saxlanılan yoxdur.

Təcili Tibbi Yardım maşını gec gəldiyi üçün yaralını Post Patrul Xidmətinin əməkdaşları xəstəxanaya çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol