Menu

“Hizbullah” hərəkatı tərksilah olunmalıdır”

20.07.2017, 09:24
“Hizbullah” hərəkatı tərksilah olunmalıdır”

Beynəlxalq ictimaiyyət Livanın “Hizbullah” hərəkatına təzyiq göstərərək onun tərksilah olunmasına nail olmalıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“Hizbullah” silah toplamaqda davam edir. Regionda vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu məsələyə diqqət yetirməlidir”, deyə N.Heyli qeyd edib.

O həmçinin BMT-nin Livandakı müvəqqəti qüvvələrinə “Hizbullah”dan gələn təhdidlərə ciddi yanaşmağı tövsiyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol