Menu

Jurnalistlərə yeni mənzillər paylandı - FOTOLAR

20.07.2017, 12:40
Jurnalistlərə yeni mənzillər paylandı - FOTOLAR

Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib.

APA-nın məlumatına görə, 255 jurnalistə mənzillərin paylanması püşkatma yolu ilə olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, 255 mənzil var.

[gallery columns="4" ids="340216,340217,340218,340219"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol