Menu

Avtomobillə vurulan ana və 4 aylıq oğlu öldü

21.07.2017, 09:48
Avtomobillə vurulan ana və 4 aylıq oğlu öldü

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Hüseynov Ramin Yusif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “Mercedes” qadını və onun uşağını vurduqdan sonra “Daewoo” markalı avtomobilə çırpılıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol