Menu

Moldova Roqozinə Kişinyova və Tiraspola uçmağa icazə vermədi

21.07.2017, 12:59

roqozinAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Moldova hökuməti Rusiya Baş nazirinin müavini Dmitri Roqozinə Kişinyova və Tiraspola «BBC-Rusiya»nın təyyarəsində uçmağa icazə verməyib.

Bu barədə Moldova xarici işər naziri Andrey Qalubranın Rusiya səfirliyinə göbndərdiyi məktubda söhbət açılır («İnterfaks»).

Roqozinin isə bəyan edib ki, öz planını dəyişmək fikrində deyil: «Mən, anlamadım - orada kim mənə nəyi qadağan edəcək? Mütləq uçacam. Moldova Prezidenti ilə də, Dnestryanı respublikının rəhbərliyi ilə də görüşəcəyik» - Roqozin öz «Tvitter» səhifəsində yazıb.

Moldova Prezidenti İqor Dodon öz hökumətinin hərəkətini «qeyri-dost» münasibət adlandırıb. O, bildirib ki, Roqozini gələn həftə Kişinyovda gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol