Menu

İŞİD 4 türkü azad etdi

19.06.2014, 21:18
İŞİD 4 türkü azad etdi

Iraq Şam İslam Dövləti (IŞİD) qruplaşması tərəfindən qaçırılan 42 nəfər azad edilib.

ANS PRESS-in məlumatına görə, aralarında 4 türk mühəndisinin də olduğu qrupun Beycidəki neftayırma zavodunda işlədiyi məlum olub.

Türkmən və kürd rəsmilərinin təşəbbusu ilə azad edilən 42 nəfər işçinin Kərkükə gətiriləcəyi gözlənilir.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, 4 vətəndaş Kərkük yaxınlığında girov götürülmüşdü: "Amma türkmənlər onları qutardı. İndi onlar sərbəstdirlər və daha təhlükəsiz bölgələrə gedirlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol