Menu

FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib

21.07.2017, 21:25
FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib

Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol