Menu

İnsan siması olan çəpiş doğuldu - VİDEO

22.07.2017, 19:17
İnsan siması olan çəpiş doğuldu - VİDEO

Argentinada siması insan sifətini xatırladan keçi balası dünyaya gəlib. "Report"un məlumatına görə, bu barədə "El Chorrillero" nəşri məlumat yayıb.

Heyvan çərşənbə axşamı ölkənin La-Rioxa vilayətində doğulub. Heyvanın sahibi Qledis Ovyedo deyib ki, başı deformasiyaya uğrasa da, digər çəpişlərdən heç nəyi ilə fərqlənmirdi.

Təsərrüfat sahibinin sözlərinə görə, mutant çəpiş üç saatdan çox yaşamayıb.

"Mən ona süd verməyə hazırlaşırdım ki, gördüm o nəfəs almaqda çətinlik çəkir. Tezliklə öldü"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol