Menu

Bu dəfə Pərviz Həşimlinin başına torba keçirmədilər (FOTOLAR)

04.10.2013, 13:31
Bu dəfə Pərviz Həşimlinin başına torba keçirmədilər (FOTOLAR)

Bu dəqiqələrdə “Bizim Yol” qəzetinin əməkdaşı və “Moderator.az” saytının direktoru Pərviz Həşimlinin məhkəməsi başlayır. “Bizimyol.info” saytının hazırda Səbail məhkəməsində olan əməkdaşlarının verdiyi xəbərə görə, artıq Pərviz Həşimli məhkəməyə gətirilib. Ötən məhkəmə prosesindən fərqli olaraq, bu dəfə jurnalistin başına torba keçirilməyib, amma onu məhkəməyə gətirən əməliyyatçıların özləri başlarına torba keçiriblər.

Pərviz Həşimli “Bizimyol.info” əməkdaşlarına bildirib ki, vəziyyəti yaxşıdır və narahatlıq üçün əsas yoxdur.

Qeyd edək ki, hazırda Səbail məhkəməsində daha əvvəl Pərviz Həşimli barəsində çıxarılmış 2 aylıq həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılır.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol