«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsraildə vəziyyət getdikcə gərginlləşir.
Yerusəlimdə polis ərəb sakinlərin etiraz aksiyası keçirməsinin qarşısını alıb. «Köhnə şəhər»-in yaxınlığında nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yaşanan toqquşmalar nəticəsində 3 nəfər həlak olub. 100-dən artıq insan xəsarət alıb.
Etirazlar «Köhnə şəhər»də əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cavab olaraq başlanıb. Xüsusilə, «Məbəd dağı»na gedənlər (burada «Əl-Aksa» məscidi yerləşir) indi metaldedektor yoxlamasından keçməlidilər.
Eyni zamanda, 3 israilli həlak olub, İordan çayının qərb sahilində yəhudi məskəninə basqın nəticəsində isə bir nəfər yaralanıb.
İsrailin «İkinci kanal» televiziyasının məlumatına görə, hücum edən fələstinli hərbçilər tərəfindən güllələnib.


Şərhlər