«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo bəyan edib ki, ABŞ-la Rusiyanın Suriyadakı maraqları üst-üstə düşmür («Röyter»).
«Biz, ruslarla işləyə biləcəyimiz sahələri tapmağa cəhd göstəririk, amma bizim maraqlarımız uyğun gəlmir» - deyə, MKİ-nin başçısı qeyd edib.
Jurnalistlərin «Rusiyanı düşmən hesab edirsinizmi?» sualına, Pompeo yayındırıcı cavab verib.
«Bütün bunlar çox mürəkkəbdir. Biz, elə bir dünyada yaşayırıq ki, orada rusiyalıların sərəncamında nəhəng nüvə arsenalı var və onlar Suriyada möhkəmləniblər. Donmayan hərbi liman və Amerikaya narahatlıq vermək onların xoşuna gəlir. Hesab edirəm ki, onlar elə yerlər tapmağa cəhd edirlər ki, orada bizim həytımızı mürəkkəbləşdirsinlər və özləri üçün faydalı nə isə tapsınlar» - kəşfiyyat idarəsinin şefi bəyan edib.
Pompeonun sözlərinə görə, Birləşmiş Ştatlar üçün başlıca məsələ ondan ibarətdir ki, Rusiyanın qarşısı alınsın və «ekspansiyanı davam etdirməyə» ona imkan verilməsin.


Şərhlər