Menu

Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

25.07.2017, 00:11
Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

Yerin təbii peyki olan Ayda su olması ehtimalı var.

"Report" xəbər verir ki, amerikalı alimlər bu ehtimalı təsdiqləyən faktlar aşkarlayıblar.

Braun universitetinin nəşri olan "Nature Geoscience" jurnalında qeyd olunub ki, Hindistanın kosmosda olan peyki "Chandrayaan-1"də olan "Moon Mineralogy Mapper" aləti vasitəsi ilə alimlər Ayın səthində şüşəvari qranullar görüblər. Bu qranullar Ayın demək olar ki, bütün səthində var.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, Ayın dərinliklərindən çıxan piroklastik materiallarda su olması onu göstərir ki, orada suyun mənbəyi də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol