Menu

Dünya çempionatlarının yeri dəqiqləşib

25.07.2017, 13:31
Dünya çempionatlarının yeri dəqiqləşib

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib. Rusiyanın paytaxtı Moskvada baş tutan tədbirdə kişi boksçular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bu iki mundialın təşkilatçılığına iddiaçıların müraciətlərinə baxılıb və qərarlar qəbul olunub. DÇ-2019-un ev sahibliyi Rusiyaya verilib. Yarış Soçi şəhərində baş tutacaq.

2021-ci ildə keçiriləcək çempionat isə Hindistana həvalə edilib. Turnir ölkənin paytaxtı Yeni Dehlidə olacaq. Bu şəhər həm də qadınlar arasında keçiriləcək DÇ-2018-ə ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın idmançılar Türkiyənin Trabzon şəhərində qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu il keçiriləcək mundiala Almaniyanın Hamburq şəhəri ev sahibliyi edəcək. Avqustun 25-də start götürəcək yarış sentyabrın 3-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol