Menu

Hacıqabul sakini qonşusunu güllələyib

25.07.2017, 15:08
Hacıqabul sakini qonşusunu güllələyib

Hacıqabul rayon sakini qonşusu tərəfindən güllələnib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Udulu qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1941-ci il təvəllüdlü Şükürov Məsləhət Abbasəli oğlu sağ ayağından güllə yarası ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun qonşusu Ağayev Mirağa Mirsadıq oğlu tərəfindən güllə ilə vurulduğu bildirilir.

İlkin məlumata görə, hadisə münaqişə zəminində baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol