Menu

Bu gün də bir neçə rayon qazsız qalacaq - Siyahı

20.06.2014, 10:27
Bu gün də bir neçə rayon qazsız qalacaq - Siyahı

Qazın verilişində fasilələrin olması xətlərdə aparılan təmir işlərilə əlaqədardır

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnterAz-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 14:00-dan 16:00-dək Zaqatala, saat 16:00-dan 18:00-dək Balakən, saat 18:00-dək Tovuz rayonlarının bir hissəsinə qaz verilişində məhdudiyyətlər olacaq.

Həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi, yenidənqurma, təmir-profilaktika işlərinin görülməsi ilə əlaqədar saat 15:00-dək Qəbələ, saat 17:00-dək Ağsu, saat 18:00-dək Nərimanov, Şamaxı və Lənkəran, saat 14:00-dan 18:00-dək Şəmkir, işlər başa çatanadək isə Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol