Menu

Şəmkirdə dəhşətli intihar - Ana iki övladı ilə özünü qatarın altına atdı

26.07.2017, 09:27
Şəmkirdə dəhşətli intihar - Ana iki övladı ilə özünü qatarın altına atdı

Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol