Menu

Binada yanğın - 3 sakin xilas olundu, 20-si təxliyə edildi

26.07.2017, 09:28
Binada yanğın - 3 sakin xilas olundu, 20-si təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub. Yanğın şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib.

Nəticədə binanın şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol