«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Livanın Baş naziri Səəd Həriri bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı «İslam dövləti» terrorçu qruplaşması ilə mübarizə məsələsində Rusiyadan kömək istəyəcək. Baş nazir bu barədə «RİA Novosti» agentliyinə danışıb.
Onun sözlərinə görə, Moskvaya sentyabrın 11-də səfər edəcək. Səfərin gedişində o, Rusiya Prezidenti ilə görüşmək niyyətindədir.
«Biz, hər şey müzakirə edəcəyik - Livandakı vəziyyəti, bölgədəki vəziyyəti… «İslam dövləti» ilə mübarizədə və Livan ordusuna kömək məsələlərində biz, onun dəstəyini istəyəcəyik» - deyə, siyasətçi bildirib.
O, Putinlə Suriyadakı böhranı da müzakirə etmək fikrindədir.
Həriri Putini özünün «yaxşı dostu» adlandırıb.


Şərhlər