Menu

DİM rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edib

27.07.2017, 13:50
DİM rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edib

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarinda iştirak edən və müsabiqə şərtini ödəyən namizədlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyul saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

Qeyd edək ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol