"Bəs deyirdiniz, Mustafa Kamal dəmir yolu şəbəkəsinə çox diqqətli olub?”
Axar.az xəbər verir ki, Avstriyada Avropalı Türk Demokratlar Birliyinin qurulmasının 10 illiyinə həsr edilmiş tədbirə qatılan Ərdoğan maraqlı açıqlamaları ilə yadda qalıb. Salonda əyləşən türkləri “Dombıra” mahnısı ilə salamlayan Ərdoğan Cümhuriyyətin qurucusu Atatürkə kinayə ilə yanaşaraq özünü onunla müqayisə edib:
“Bəs deyirdiniz Mustafa Kamal dəmir yolu şəbəkələrinə çox diqqətli olub? Türkiyədə dəmir yollarını biz çəkdik. Dəmir yolu relslərini 10 metrdən artıq emal edə bilməyən bir Türkiyə var idi. Biz indi bunu 70 metr uzunluğunda istehsal edirik. Onlar pərçimlə edirdilər, biz isə qaynaq sistemi ilə düzəldirik. Bütün bunlar insanlarımızın rahatlığı üçündür. Artıq keçmişdəki kimi primitiv vaqonlar yoxdur və bunun da istehsalını Türkiyədə biz başlatmışıq. Hal-hazırda Türkiyə artıq kimdənsə kömək alan deyil, kömək edən bir ölkədir”.


Şərhlər