Menu

İsrail polisi «Məbəd dağı»na cavanları buraxmayacaq

28.07.2017, 14:50
İsrail polisi «Məbəd dağı»na cavanları buraxmayacaq

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsrail polisi bundan sonra yaşı 50-dən aşağı olan müsəlman kişiləri «Məbəd dağı»na buraxmayacaq.

«Ceruzalem post» qəzetinin yazdığına görə, qadınlar üçün yaş məhdudiyyəti olmayacaq.

Sözügedən dağda müsəlmanlar üçün müqəddəs olan Əl-Aksa məscidi yerləşir. Bundan əvvəl, patrula hücum səbəbilə, İsrail hakimiyyəti məscidin girişində metal dedektorları quraşdırmışdı. Bu, toqquşmalara səbəb oldu, nəticədə yüzlərlə insan zərər çəkdi.

Xəbər verilir ki, bu gün, fələstinlilər İordan çayının qərb sahilində və Qəzza sektorunda Yerusəlimin müsəlman sakinləri ilə həmrəylik nümayiş etdirmək məqsədilə kütləvi aksiya keçirəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol