Menu

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun tarixləri açıqlandı

29.07.2017, 11:37
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun tarixləri açıqlandı

Avqustun 1-dən Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayacaq.

Təhsil Nazirliyindən bildirilib ki, sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu avqustun 18-də yekunlaşacaq. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə avqustun 15-dən 30-dək məktəbə müraciət etmək lazımdır.

Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol